İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Pak Dad İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilir.

Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Vəzifə:

İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis

İşin təsviri:

Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

  • E-gov portalında əməliyyatları icra etmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • Statistika hesabatlarını hazırlamaq;
  • Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
  • Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
  • İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

  • Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ;
  • Microsoft Office kompüter proqramlarından istifadə etmək bacarığı;
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
  • E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
  • Peşəkar, təşəbbüskar, mehriban komandada iş;
  • Etibarlı şirkətdə karyera;
  • Professional və maddi yüksəliş üçün perspektiv;
  • İş qrafiki: 9.00-18.00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır.
  • Cinsi qadın

Təminatlar:

  • Nahar ilə təmin edilir;
  • 5 günlük iş qrafiki;
  • Əmək müqaviləsi.
  • Telefon nömrəsi ilə təmin olunur.

“İR əməliyyatları” başlığı qeyd olunsun mövzu yerində. CV nizi masimovkamil083@gmail.com poçt ünvanınıza göndərməyiniz xahiş olunur.

Qeyd: Yuxarıda göstərilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı