İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontinent İnşaat MMC İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Funksiyaları:

  • İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi Keyfiyyət İdarəetmə Sistem sənədlərinin, o cümlədən prosedurların, iş icra üsullarının, nəzarət və sınaq planları üzrə öhdəsinə düşən işlərin dəqiqliklə və yuksək keyfiyyətlə yerinə yetiriməlidir.
  • İşin spesifikasiya haqqında məlumatlı olmaq, öz işinin tədbiqinə dair sənədlər, o cümlədən Nəzarət və sınaq Planı, Prosedurlar, İşin İcra Usulları əsasında qurmaq.
  • Fəaliyyət göstərdikləri sahədə, çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar vermək, dəstək olmaq, zəruri maarifləndirmə
  • Fəaliyyət göstərdikləri sahədə, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsini və bunlara uyğun hərəkət edilməsini təmin etmək.
  • İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımı əlavələr etmək üçün Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
  • Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərini paylamaq, onlara nəzarət etmək.
  • Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Keyfiyyətə Nəzarət Şöbəsinin Müdirinə məlumat vermək.
  • İslahedici və önləyici fəaliyyətləri planlaşdırmaq, onlara nəzarət etmək, zəruri təkmilləşdirici fəaliyyətlər tövsiyə etmək, planlaşdırmaq və həyata keçirilməsində əmin olmalıdır.
  • İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq.

Vəzifəyə olan tələblər:

  • İnşaat işləri üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsinə ali inşaat ixtisas təhsilli və ixtisası üzrə mütəxəssis olaraq azı 5 il iş stajı
  • Kompüter biliyi: Word, Excel və İnternet
  • Nəzarət və qərar qəbul etmə qabiliyyəti.
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.-
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  • Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti, ingilis dili arzu olunandır

İş şəraiti:

  • İş yeri: Şabran rayonu
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;-
  • Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.

Bilməlidir:

  • İqtisadiyyatın və əsaslı tikintinin əsasi iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
    tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarınıq sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişafının perspektivlərini;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini;
  • İqtisadiyyatı və istehsalın; əməyin və idarəetmənin təşkilini;
  • Podrat müqavilələrinin bağlanma və icra qaydalarını;
  • Təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
  • Mülki və əmək qanunçuluğunun əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı