İcraçı direktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-2000 AZN. Karvan – L İcraçı direktor ( Bakı, Ağstafa ) vəzifəsi üzrə vakansiya elan edir.Təşəbbüskar, qərar qəbul etmə bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Direktora şirkətin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək.
  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
  • Direktorun qərarlarının icrasına nəzarət etmək.
  • Direktorun göstərişi ilə İcraçı Direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
  • Şirkətin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
  • Şirkətin direktoruna lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
  • İş günləri: Həftənin 5 günü, saatı: 9:00 – 18:00, istitahət şənbə- bazar günü.

Namizədə tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahədə azı 3-5 il iş təcrübəsi, (İstehsalat və mexanika sahəsinədən anlayışı olanlara üstünlük verilir),
  • Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri arzu olunandır);
  • Kompüter bilikləri;Microsoft Office
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
  • İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
  • Güclü qavrama qabiliyyətinə malik olmaq, müasir onlayn ticarət təfəkkürünü dərk etmək;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
  • Msuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda rəhbəri olmaq bacarığı;
  • səriştəli, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilən, 3 ildən az olmayan təcrübəsi olan şəxslər
  • Bakı şəhəri üzrə İcraçı direktor üçün əmək haqqı : 1000-1500 AZN
    Ağstafa rayonu üzrə İcraçı direktor üçün məkdaqqı : 2000AZN

Ünvan:

  • Bakı şəh. Nobel pr. 22/32
  • Ağstafa ray. Həsənsu kəndi.

Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını hr@karvanl.com ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcraçı direktor) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı