HVAC sistemləri üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Altus Engineering Group HVAC sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək
  • Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
  • Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək
  • Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
  • Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
  • Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
  • Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması , avadanlıqların seçimi

Namizədə tələblər:

  • İxtisası üzrə ali təhsil;
  • Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
  • Kompüter bilikləri (MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
  • Komandada işləmə bacarığına malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini info@altus-group.az ünvanına subject yerində “HVAC sistemləri üzrə mühəndis”
qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı