Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AVT Logistics Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC) vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC)
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

Vəzifə öhdəlikləri:

  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin texniki hesablamalarının yoxlanılması;
  • Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi;
  • Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
  • Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin düzgün yoxlanılmas
  • Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
  • Layihələrin yerinə yetirilməsi zamanı, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə nəzarət
  • Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə layihələrinin hazırlanması
  • Bölmənin texniki nəzarətində olan bütün avadanlıqların texniki qulluq və periodik baxımlarının izlənməsi və təşkili.Ciler(Chiller),
  • Kondisionerlərin təmiri, quraşdırılması və texniki baxımı
  • Müvafiq hesabatların hazırlanması.

Tələblər:

  • Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı;
  • Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
  • Kompüter bilikləri (MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
  • Komandada işləmə bacarığına malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis” yazmaqla CV göndərərək müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı