HSE Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mashrig Group of Companies HSE Manager vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Şirkətdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün aparılan işləri təşkil etmək
  • Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına nəzarət etmək.
  • Tikinti və istehsal prossesində işlərin təhlükəsizlik qaydalarına uyğun təşkilinə, avadanlığın təhlükəsiz istismarına,istehsalat qurğularının və digər məişət obyektlərinin texniki sazlığına,iş yerində mühafizə,xilasedici vasitələrin lazım olan miqdarda sazlığına nəzarət etmək.
  • İşçilərin keyfiyyətli (standartlara,mühafizə xüsusiyyətlərə görə) xüsusi geyimlə, ayaqqabılarla, fərdi mühafizə vasitələrilə təmin olunmasına, onların qəbul olunmasına, saxlanılmasına  nəzarət etmək.
  • İşçilərin kollektiv və fərdi xilasedici vasitələrindən istifadə qaydalarına, baş verə biləcək qəzaların, yanğınların ləğv olunmasının öyrədilməsinə nəzarət etmək.
  • İşçilərin təhlükəsiz iş üsuluna vaxtında öyrədilməsinə,təlimatların keçirilməsinə fəhlələrin biliklərinin yoxlanılmasına təlimatların və biliklərin yoxlanılması haqqında jurnallarda düzgün qeydlərin aparılmasına nəzarət etmək.
  • Fəhlələrin və mühəndis-texniki işçilərin işə qəbulu zamanı keçiriləcək təlimatları hazırlamaq,onlarla işə qəbul (giriş) təlimatını keçmək iş yerində (peşə) təlimatının keçirilməsinə və təkrar təlimatının keçirilməsinə nəzarət etmək.
  • İşçilərin həyatı və sağlamlığına təhlükə yaradan tikinti və istehsalat sahəsində, maşın və mexanizmlərdə , qurğularda və dəzgahlarda işləri dayandırmaq.
  • Qayda pozuntusuna yol verən şəxsləri işdən kənarlaşdırmaq və bu barədə məsul şəxsləri, rəhbərliyi vaxtında məlumatlandırmaq.
  • İş yerinin təhlükəsizlik qaydalarına aid plakatlarla, təlimatlarla ,normativ sənədlərlə, mühafizə və xilasedici vasitələrlə təchiz olunmasını təmin etmək.

İş şəraiti:

  • İş yeri: Qazax rayonu
  • 6 günlük iş qrafiki.
  • Yaşayış yeri uzaq olanlar üçün yataqxana mövcuddur;
  • Korporativ mobil nömrə ilə təmin edilmə;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Göstərilən vəzifə üzrə ən azı 4-5  il rəsmi iş təcrübəsi;
  • Microsoft Office proqramlarını, vəzifəsi üzrə ölkə qanunvericiliyini, normativ-hüquqi aktları  mükəmməl səviyyədə bilməli;
  • Vəzifəsi üzrə sertifikat tələb olunur;

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı