HR Köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Unimetal MMC şirkəti HR Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • AR-nın Əmək Qanunvericiliyinə, uyğun işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir,  qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
  • Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
  • Kadr sənədlərinin  qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır;
  • Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;

Namizədə tələblər:

  • Ali təhsil
  • 1-3 il iş təcrübəsi
  • Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
  • İnzibati sahədə iş təcrübəsi arzuolunandır;
  • Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: 500 Azn
  • Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A

Namizədlərdən  CV-lərini “HR köməkçisi” başlığı ilə göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı