HR Expert
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Holding şirkəti HR Expert vəzifəsi üzrə vakansiya elan edir.

PAŞA Holdinq İnsan Resursları üzrə ekspert vəzifəsinə təcrübəli namizədləri dəvət edir. İnsan Resursları üzrə ekspert kadrların idarə edilməsi baxımından müəyyən sayda strateji aktivlərə cavabdeh olmaqla PAŞA Holdinq şirkətlərinin portfeli üzərində işləməlidir. Strateji Aktivlərin İnsan Resursları ilə əlaqə saxlamalı və PAŞA Holding üzrə bir neçə İR mütəxəssisi ilə əməkdaşlıq etməlidir.

İşin təsviri:

  • Qrup daxilində insan resursları çərçivələri, siyasətləri və yanaşmaları sahəsində ixtisaslaşaraq onları PAŞA Holdinqin strateji aktivlərinə qədər genişləndirməsi;
  • Strateji Aktivləri Qrup üzrə İnsan Resursları Çərçivələri və Siyasətlərinə uyğunlaşdırma baxımından Strateji Aktivlərə cavabdehlik və birbaşa əlaqələndirilməsi;
  • Müntəzəm hesabatlara əsasən PAŞA Holdingin Strateji Aktivlərinin davamlı şəkildə monitorinq edilməsi və Qrupun İR departamentinin İR prosesləri ilə bağlı tendensiyalar, problemlər və qabaqcıl təcrübələr barədə məlumatlandırılması;
  • Biznes strategiyasına töhfə vermək məqsədilə Biznes Qrup ilə davamlı şəkildə əlaqə saxlanılması və Strateji Aktivlərdə və Qrupda İR funksiyasının biznes gözləntilərinin uyğunlaşdırılması;
  • Lazım gəldikdə Strateji Aktivlərin layihələrində iştirak etmək;
  • Qrup üzrə İR layihələrini, İR Strateji və Təşkilati Mədəniyyət təşəbbüslərini, onların ƏFG-lərinin və nəticələrinin izlənilməsi;
  • İR nöqteyi-nəzərindən Strateji Aktivlərdə Agiledan sonrakı dövrdə transformasiyanın izlənilməsi;
  • Həllər, proqramlar və siyasətlər formalaşdırmaq üçün Qrupun İR bölməsi ilə tərəfdaşlıq şəraitində İR tendensiyalarının və göstəricilərinin təhlil edilməsi;
  • Təşkilati dəyişikliklərin planlaşdırılmasında və işlənib hazırlanmasında Qrup İR-na dəstək, o cümlədən birgə dizayn yanaşmalarına şərait yaradılması və dəyişiklik üçün biznes keyslərin işlənib hazırlanması;
  • PAŞA Holdingin konkret Strateji Aktivlərində kadrların idarə edilməsi, təşkilati səmərəlilik, işçi qüvvəsinin planlaşdırılması və işçilərin cəlb olunması proseslərini monitorinq etməkdə İR menecerinə və Qrupun İR direktoruna dəstək verilməsi.

Tələb olunan təcrübə, bacarıqlar və səriştələr:

  • İR sahəsində 5 ildən artıq təcrübə;
  • Maliyyə sektorunda (bank, sığorta) iş təcrübəsi üstünlük hesab olunur;
  • Təfərrüatlara və dəqiqliyə diqqət yetirməklə əhəmiyyətli miqdarda məlumatı toplamaq, təşkil etmək, təhlil etmək və yaymaq səriştəsinə malik olmaqla yanaşı güclü analitik bacarıqlar;
  • Güclü problem həll etmə bacarığı;
  • Müfəssəl cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı;
  • Yaxşı tədqiqat bacarıqları;
  • Microsoft Office Suite üzrə təcrübəli istifadəçi olmaq;
  • Azərbaycan və ingilis dillərində səlis bilmək və rus dili biliyi isə üstünlükdür.

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • Mövzu sətrində “HR Expert” qeyd olunmalıdır;
  • CV-lər 31 may, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı