Energetik üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzerBlast MMC Energetik üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Zavodun enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
  • Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
  • Avadanlıqların tələbatına əsasən zavodun enerji təsərrüfatını təmin etmək;
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
  • Zavodda işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik; qaydalarına uyğun istismarını təmin etmək;
  • Zavodun bütün elektrik təsərüfatına nəzarət;
  • Enerji sektorunda əməyin təşkili, mütərəqqi və məhsuldar iş üsullarının tətbiqi;

Namizədə qarşı tələblər:

  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının  texnologiyası üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yüksək gərginlikdə işləmə bacarığı;
  • İdarəçilik bacarıqları;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;

Bilməli olduğu qayda və təlimatlar:

  • Microsoft Office proqramları, AutoCad və s;
  • Təhsili: Ali (Elektrik və Elektroenergetika üzrə);
  • Təcrübə: minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili  – səlis; İngilis dili və rus dili arzuolunandır;
  • İş yeri: Gəncə şəhəri;
  • Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı