Əmtəəşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. Azərpambıq ASK MMC Əmtəəşünas vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Təhsil dərəcəsi: Müvafiq sahədə ali təhsil
  • Kompüter bilikləri:MC Office
  • Dil bilikləri: Azərbaycan dili -əla
  • Təcrübə: Müvafiq sahədə minimum 5 il
  • Yaş həddi: 30-50
  • Əmək haqqı: 500

Vəzifə öhdəlikləri:

  • Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir. Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir.
  • Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, xammalın, materialın, yanacağın, enerjinin, avadanlığın və hazır məhsulun nəql edilməsi üzAzərpambıq ASK MMCrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir.
  • Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.
  • Xam pambığın avtomobil tərəzisində fermerin iştirakı ilə çəkilib müəyyən edilərək sənədləşməsini yerinə yetirir. Çəkilmiş xam pambıq uyğun olduğu tayaya yığılmaq üçün məntəqənin ərazisinə göndərilir və boşaldılarkən xam-pambığın keyfiyyətində müxtəliflik müəyyən edilərsə yenidən nümunələr götürülüb analiz aparılır. Boşaldılmadan sonra taya çəkisi müəyyən edilərək gətirilmiş xam pambığın fiziki çəkisi müəyyən edilir. Bundan sonra növ, zibillik və nəmliyə görə təhvil verilmiş xam pambığın kondisiya çəkisi müəyyən edilib sənədləşdirilir.

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Əmtəəşünas (Ağdam PİTM)” qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Yalnız Biləsuvar üzrə namizədlərdən müraciət etmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı