Əməyin mühafizəsi üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Landau School Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət.
  • Müəssisədə zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsi.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması.
  • Müəssisəyə məxsus olan binaların, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması.
  • Müəssisədə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsinin təşkili və nəzarəti
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməyin edilməsi.
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması.

Tələblər:

  • Ali təhsil
  • Ən azı 2 il Əməyin Mühafizəsi üzrə iş təcrübəsi
  • Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliyi
  • Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
  • Azərbaycan və Rus dili biliyi
  • İngilis dili biliyi arzuolunandır

İş şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək haqqı: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Əməyin Mühafizə üzrə mühəndis” başlığı ilə hr@landauschool.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı