Elektronçu
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MSDIS Holding Elektronçu vəzifəsi üzrə vakansiya elan edir. Dövrə sxemlərini oxumağı bacarmalıdır.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Elektronçu

Vəzifə öhdəlikləri:

  • İnvestor” sistemilə işləyən istehsalat avadanlıqlarının təmiri və diaqnostikası;
  • Avadanlığın motoru ilə “İnvestor” sistemi arasında əlaqənin tənzimlənməsi;
  • Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmiri;
  • Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması;
  • Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparılması və onların təmir edilməsi;
  • İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət;

Tələblər:

  • Müvafiq sahədə təhsil arzuolunandır (radioelektronika, elektron avadanlıqlarının təmiri);
  • Müvafiq sahə üzrə istehsalatda, sənayedə 1 ildən artıq təcrübəsi;
  • Elektron avadanlıqların sxemlərini oxuma bacarığı (arzuolunandır);
  • Dövrə sxemlərini oxumağı bacarmalıdır;
  • Elektronikanı və avtomatikanın əsaslarını bilməlidir;
  • Sənaye avadanlıqlarının ana platalarında yaranan problemləri həll etməlidir;
  • Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
  • Dürüstlük, komandada işləmə bacarığı.

İş şəraiti:

  • Təcrübə: 1-3 il
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 600-900 AZN (müsahibə əsasında təyin olunur)
  • İş yeri: Binəqədi rayonu

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Elektronçu” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı