Elektrik ustası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

IMA Energy MMC Elektrik ustası vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komandada işləmək bacarığı olmalıdır.

İş barəsində məlumat:

  • Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
  • Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
  • Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
  • Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.

Namizədə tələblər:

  • Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
  • Müvafiq sahə üzrə min 2-3 il iş təcrübəsi (neft qaz, zavod, platforma tikintisində iş təcrübəsi olanlara üstünlük veriləcək)

Məlumat:

  • İş yeri: Heydər Əliyev adına Neft Emalı zavodu
  • Layihə müddəti: 5-6 ay
  • Yemək, nəqliyyat və işçi geyimi şirkət tərəfindən qarşılanacaq. Yalnız tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
  • İş qrafiki – 6 günlük iş rejimi (Tam iş günü)
    Əmək haqqı – Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndiriləcək.

Tələblərə uyğun namizədlərin cv@imaenergy.az e-mail ünvanına CV göndərməyini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı