Elektrik-texnik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Supermarket LLC Elektrik-texnik vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə təcrübə tələb edilir.

Şöbə: Marketin inkişafı üzrə departament
Vəzifə: Elektrik-texnik
İşin növü: Tam

Vəzifə öhdəlikləri:

  • Elektrik avadanlıqlarının xidməti və təmiri;
  • Güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
  • Elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması və söndürülməsi işini həyata keçirmək;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqları aşkar etmək və zədələnmələri aradan qaldırılmaq;
  • Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi;
  • İşıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması;
  • Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamaq;
  • Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi;
  • Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
  • İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması;
  • Elektrik panellərinin və avadanlıqların vaxt aşırı tozdan təmizlənməsi və qulluğu.

Vəzifənin tələbləri:

  • Elektrik üzrə dərəcə (min 3);
  • Elektrik avadanlığına texniki xidmət sahəsində 2 illik təcrübəyə malik olmaq;
  • Elektrik yarımstansiyasında təcrübəyə malik olan MV (orta voltage) şəhadətnaməsi və ya iş icazəsinə sahib olmaq;
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığına malik olmaq;
  • Etibarlı sürücülük vəsiqəsinə sahib olmaq.

Bilik və bacarıqlar:

  • Mexanizmlər və alətlər, o cümlədən, onların layihələndirilməsi, istifadəsi, təmiri və texniki xidmət haqqında bilikər;
  • Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının,
  • ektrik cihazlarının iş prinsipini bilmək;
  • Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
  • Aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək;
  • Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını bilmək;
  • Daha çox yayılmış universal və xüsusi ləvazimatların təyinatını və tətbiqi şəraitini bilmək;
  • Nəzarət-ölçü cihazlarını təyinatı və tətbiqi şəraitini bilmək;
  • Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları bilmək.

Qeyd:

Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “Elektrik Texnik” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı