Elektrik quraşdırıcı çilingər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avtomatikaquraşdırma ASC Elektrik quraşdırıcı çilingər vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

Avtomatikaquraşdırma ASC-yə aşağı gərginlikli elektrik dövrələrində işlər üçün quraşdırıcı çilingər tələb olunur. İş haqqında qısa məlumat:

  • Aşağı gərginlikli elektrik naqillərinin quraşdırılması,
  • Elektrik avadanlıqlarının qoşulması,
  • Ölçü vasitələrindən istifadə edilməsi,
  • Elektrik panolarının sxemlər əsasında komutasiyası,
  • Sxemlərin yoxlanıb işə salınması.

Vakansiya üzrə öhdəliklər:

  • Elektrik alətləri ilə təhlükəsiz işləmə zamanı qoruyucu vasitələrdən istifadə,
  • Cizgilərə və sxemlərə əsasən elektrik naqillərinin qoşulması,
  • Kabel kanallarının və onlarda elektrik kabellərinin quraşdırılması,
  • Kabellərin sxemə uyğun ayrılması, nömrələnməsi və birləşdirilməsi,
  • Kabel girişlərinin (qlandaların) quraşdırılması,
  • Elektrik mühərriklərinin işə salma dövrələrinin elementlərinin, relelərinin, işə buraxma düymələrinin, maqnit işəsalıcılarının, lampaların qoşulması,
  • Elektrik idarəetmə və paylayıcı şkafların daxili komutasiyası,
  • Elektrik prinsipial sxemlərlə və xarici birləşmələr sxemi ilə işləməyi bacarmalıdır.

Namizədə tələblər:

  • Yaş: 22-40
  • Cins: Kişi
  • Təhsil: orta və ya orta ixtisas
  • İş təcrübəsi: Sahə üzrə minimum 3 il
  • Elektrik avadanlıqları barədə məlumatlı olmaq

İş Şəraiti:

  • İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-a dək;
  • Əmək haqqı: 600 manatdan başlayır. İşin effektivliyindən asılı olaraq əmək haqqı artımı olacaqdır.

Şirkət haqqında məlumat: Avtomatikaquraşdırma ASC müxtəlif sənaye müəssisələrində, sosial tikintilərdə avtomatika və elektrik vasitələrinin quraşdırılması, həmçinin elektrik paylayıcı və idarəetmə panellərinin hazırlanması, müxtəlif metal konstruksiya məmulatlarının müasir texnologiya ilə hazırlanması, reklam materiallarının metal kəsim, bükmə, qaynaq və boya işlərini həyata keçirir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı