Elektrik Mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Makro 2000 Elektrik Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
  • Analiz əsasında Elektrik işlərinin smeta dəyərini hazırlama bacarığı
  • Elektrik sxemlərini oxumaq bacarığı
  • Elektrik materialları və aksessuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
  • Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
  • İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
  • Maddi məsul şəxs olaraq material, avadanlıq qənaətli sərfiyyatının təşkil edilməsi.
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması .
  • Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsi;
  • Tikintidə istifadə olunacaq elektrik materiallarının müəyyən edilməsi və zəruri elektrik materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edilməsi;
  • Texnoloji intizama riayət edilməsi, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

Tələblər:

  • Müvafiq sahədə Ali təhsil (Elektrik fakultəsi/ Elektrik mühəndisi)
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti ;
  • Yüksək kompüter bacarıqları (Microsoft Office  Auto CAD)
  • Komandada işləmək bacarığı;
  • Əmək haqqı : (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • Yaş həddi 25-55

Təminatlar:

  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi;
  • 6 günlük iş qrafiki.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Elektrik mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı