Elektrik Mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC Elektrik Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət : Azerconnect
Funksiya : Şəbəkə Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 19 Noyabr 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

  • Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Elektrik mühəndisi olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Elektrik qurğularının və avadanlıqlarının (Transformatorlar, Generatorlar, UPS-lər, DC PSU sistemləri, İnvertorlar, Akkumulyatorlar, Gərginlik tənzimləyiciləri, Elektrik
  • paylayıcı lövhələri, Idarəetmə panelləri, Torpaqlama sistemləri, Kabellər, İşıqlanma avadanlıqları, Elektrik yuvaları və s.) daimi işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Havalandırma və Soyutma sistemlərinin daimi işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Baş verən qəzaların səbəbini araşdırıb, dərhal bərpa olunmasını təmin etmək;
  • Yeni avadanlıqların (elektrik qida qurğuları, elektrik avadanlıqları eləcə də havalandırma və soyutma sistemləri) quraşdırılması prosesinə nəzarət etmək, avadanlıqları sınaqdan keçirmək, elektrik şəbəkəsinə qoşulmasını təmin etmək, təhvil-təslim prosesində iştirak etmək.

Vəzifənin tələbləri:

  • Texniki sahə üzrə bakalavr dərəcəsi;
  • şağıda qeyd olunan sahələr üzrə minimum 3 il iş təcrübəsi:
  • Elektrik enerji sistemləri
  • Dizel generator sistemləri
  • Havalandırma və soyutma sistemləri
  • Sabit cərəyan mənbələri
  • MS ofis proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan dilini səlis, İngilis dilini orta səviyyədə bilmək;
  • Detallara diqqət yetirmək;
  • Çətinlikləri həll etmə bacarığı;
  • Təzyiq altında işləyə bilmək;

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Geofizika üzrə təcrübəçi

AT-Geotech MMC "Geofizika üzrə təcrübəçi" vəzifəsi üçün namizəd elan edir. ...

AT-Geotech MMC

03.05.2024 - Xırdalan

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl