Dərzi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mətanət A Dərzi vəzifəsi üzrə vakansiya elan edir. Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalıdır.

Şirkət haqqında:

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.

İşin təsviri:

  • Götürülmüş ölçülər əsasında kəsim,biçim işlərinin aparılması;
  • Sifariş olunmuş geyimlərin yüksək keyfiyyətlə tikilməsi;
  • Veriləcək parça və eskizlər əsasında paltarların tikilməsi;
  • Tikiş maşınlarının sazlığının qorunması və təmiz saxlanılması.

Əmək haqqı:

  • Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Təhsil: Orta təhsil(Ali təhsillilərə üstünlük verilir)
  • Yaş həddi: 20-45 yaş;
  • Cinsi: Qadın;
  • İş təcrübəsi: Dərzi olaraq təcrübəsi olması vacibdir;
  • Ziyafet geyimlərinin tikmə bacarığı olmalı;
  • Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalı;
  • İşgüzar, səliqəli və çalışqan olmalı;
  • İşə məsuliyyətli və diqqətli yanaşmalı;
  • Parçalar haqqında məlumatı olmalı;
  • Çəkmək və Kəsmək qabiliyyəti olmalı;
  • Kollektivlə işləmə bacarığı.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş günü: Həftənin 6 günü;
  • Şənbə günü yarım iş günü 
  • Bazar günü istirahət;
  • İş yeri: Həsən Əliyev küçəsi (keçmiş İnqilab küçəsi)-Falez plaza.

 Qeyd:

  • Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Dərzi” sözünü qeyd etməklə Hr@matanata.com elektron poçtuna göndərsinlər.
  • Əlaqə nömrəsi: 050-208-66-95; 050-233-83-09

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl