Qısa məzmun
Avrora Daxili nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Kollektivdə işləmə bacarığı olmalıdır.
Əsasə vəzifə öhdəlikləri:
- Şirkətin daxili nəzarət şöbəsi strukturlarında görülmüş işlər barədə müəyyan edilmiş müddətlərdə dövrü və illik hesabatların əldə edilərək ətraflı təhlil edilməsi;
- Bizneslərdən əldə edilmiş müvafiq hesabat məlumatlarının analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ – nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
- Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyən edilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
- Yoxlama, monitorinq va araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ – nin rəhbərinə məlumat verilməklə, subordinasiya qaydasında yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
- Şirkətə aid olan struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal – materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
- Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ – nin rəhbərinin məlumatlandırılması;
Tələb olunan bilik və bacarıqlar:
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Kollektivdə işləmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Sahə üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür;
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş qrafiki : 08:00-17:00
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...