Qısa məzmun
PASHA Capital Daxili nəzarət bölməsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması;
- Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;
- Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi;
- Sorğuların cavablandırılması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədlərə əsas tələblər:
- Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
- Nəzarət sahəsində ən azı 2 il, investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
- Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər;
- İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
- MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Maraqlanan şəxslər elektron məktub başlığında “Daxili nəzarət bölməsinin baş mütəxəssisi” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...