Qısa məzmun
Ziraat Bank Azərbaycan ASC Daxili Nəzarət və Komplayens departamentinə Mütəxəssis /Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“Ziraat Bank Azərbaycan” ASC Daxili Nəzarət və Komplayens departamentinə MütəxəssisAparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- İqtisadi və ya riyazi kibernetika sahəsində təhsil;
- Analitik qabiliyyət (yoxlama ssenariləri yaza biləcək səviyyədə);
- MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla), SQL bilikləri;
- Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – orta.
- Daxili nəzarət və ya daxili audit istiqamətində 2 illik iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
- Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
- Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
- Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
- Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
- Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...