Texniki Avadanlıqlar Zavodunda CNC proqramlaşdırıcı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertexnolayn LLC Texniki Avadanlıqlar Zavodunda “Elektrik montyoru” svəzifəsi üzrə vakansiya elan edir.

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda CNC proqramlaşdırıcı

Əmək funksiyası:

  • Metal və qeyri-metal (MDF (ağac lifləri plitəsi), DSP (ağac yonqarı plitəsi) məmulatları CNC (Rəqəmli Proqram İdarəetmə) dəzgahlarında müvafiq iş əmrinə uyğun icrasının həyata keçirilməsini təmin etmək;
  • CNC dəzgahlarında texnoloji proseslərin hazırlanması üçün idarə etmə proqramlarının hazırlanması, dəyişdirilməsi və ya ləğv edilməsinin həyata keçirilməsində iştirak etmək;
  • Dəzgahların, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək;
  • İstifadə edilən materialların keyfiyyətinə dair müşahidələr aparmaq və tövsiyələr vermək;
  • Hissələrdə olan qüsurları və ya dəzgahlarda olan nasazlıqları aşkar etmək məqsədilə, işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq;
  • Problemləri təhlil etmək və yaranmış uyğunsuzluqları aradan qaldırmaq;
  • İşin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Keyfiyyətə təminat tədbirlərini həyata keçirmək;
  • Məmulatı əl ilə və ya qaldırıcı mexanizmlərdən istifadə etməklə valda, sıxıcı və ya bərkidici qurğuda, avtomatik yükləmə dəzgahında yerləşdirmək, nizamlamaq və prosesdə fasilə yaranmasına yol verməmək;
  • Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq;
  • Planlama şöbəsi tərəfindən tərtib edilmiş iş əmirlərinə əsasən, işlərin icrasını texniki cizgilərə uyğun olaraq həyata keçirmək;
  • Texniki cizgilərdə aşkar edilmiş nöqsanlar barədə sahə rəisinə məlumat vermək;
  • Materiallardan səmərəli istifadə göstəricisini maksimum səviyyəyə çatdırmaq;
  • Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün müvafiq ölçmə vasitələrindən istifadə etməklə qiymətləndirmə aparmaq;
  • Məhsulun keyfiyyət standartlarına uyğunluğuna operativ nəzarət işlərini yerinə yetirmək;
  • Məhsulların standartlara cavab verməsi barədə rəy vermək;
  • Emal mərhələlərində istehsal edilmiş məhsullar barədə müvafiq jurnallarda qeydlər aparmaq;
  • Ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, həmçinin yanğınla mübarizə ilə bağlı qaydalara riayət etmək;

Namizədə tələblər:

  • Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı
  • CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
  • İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imkanları
  • Texniki rəsm oxumağı
  • Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını
  • Ölçmə işləri üçün riyazı biliklər
  • CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işlərini

Tələblərə uyğun gələn namizədlər CV-lərini “CNC proqramlaşdırıcı” başlığı altında qeyd edərək hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

cc / Whatsapp: 050-268-45-95

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı