CNC operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Azertexnolayn MMC CNC operatoru vəzifəsi üzrə vakansiya elan edir. Elektronikanın və elektrikin əsaslarını bilməlidir.

İş barədə məlumat:

  • Metal və qeyri-metal (MDF (ağac lifləri plitəsi), DSP (ağac yonqarı plitəsi) məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək
  • Proqramı hazırlamaq, dəyişmək və ya ləğv etmək
  • Avadanlığın, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək
  • Hissələrdə olan qüsurları və ya avadanlıqlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq
  • İşin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
  • Keyfiyyətə təminat tədbirlərini həyata keçirmək
  • Məmulatı əl ilə və ya qaldırıcı mexanizmlərdən istifadə etməklə valda, sıxıcı və ya bərkidici qurğuda, avtomatik yükləmə dəzgahında yerləşdirmək, nizamlamaq və prosesdə fasilə yaranmasına yol verməmək
  • Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq:
  • Verilmiş materiallar arasında seçim etmək və texniki cizgilərə uyğun onları emal etmək
  • Texniki cizgilərdə aşkar edilmiş nöqsanlar barədə rəhbərliyə məlumat vermək
  • Barmaqlıq (ştift), məftil qarmaq və ya qaldırıcı çubuqlardan istifadə etməklə, maşında ilişib qalmış hissələri çıxarmaq və ya kənarlaşdırmaq.
  • Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və avadanlıqların işləmə dəqiqliyini müəyyən etmək üçün ştangenpərgar, metrə, mikro-metr, kalibr-skoba, kalibr-probka, şablon, mexaniki və ya avtomat ölçmə alətlərindən istifadə etməklə qiymətləndirmə aparmaq
  • Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq
  • Avadanlığın, ştampların və ya hissələrin yağlanması, təmizlənməsi və ya maşının çəninə soyuducu mayenin (yağ, su, soyuducu maye) tökülməsi kimi xırda texniki işləri yerinə yetirmək
  • Məhsulun keyfiyyət standartlarına uyğunluğuna operativ nəzarət işlərini yerinə yetirmək

Namizədə tələblər:

  • Elektronikanın və elektrikin əsasları
  • CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
  • İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imkanları
  • Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarı
  • Ölçmə işləri üçün bəsit riyazi biliklər
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi
  • CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işləri həyata keçirilməsini

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı