Çilingər-hidravlik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

METAK Çilingər-hidravlik vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Yüksək təzyiq altında çalışan vurma press dəzgahlarının və mürəkkəb formalı maşınqayırma sahəsi üzrə dəzgahların hidravlik sisteminin stabil işini təmin edir;
  • Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını, eləcə də dəzgahların hidravlika sahəsinə baxış, texniki sınaq və profilaktik təmir işlərini təmin və təşkil edir;
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirir;
  • Yağ nasoslarının təmizlənməsini və nasaz olanların dəyişdirilməsini təmin edir;
  • Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
  • Təkrar soyutma diyircəklərinin yağlanmasını təmin edir;
  • Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir

İşə dair tələblər:

  • İş təcrübəsi: 3-5 il;
  • Hidravlik və mühərrik sistmeləri üzrə təcrübəsi olan;
  • İş planlama və təşkil etmə bacarığı olan;
  • Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik.

İş şəraiti:

  • Əmək haqqı danışıq əsasında;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/44 və ya hr@metak.az ünvanına CV göndərərək 18.03.2022 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı