Çilingər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Çilingər vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
  • Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
  • Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
  • Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
  • Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
  • Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
  • Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
  • Qol boru və keçidləri yerində hazırlamaq
  • Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq
  • Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
  • Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
  • Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək

Tələblər:

  • Müvafiq sahədə 1 ildən çox iş stajı
  • Müvafiq sahədə təhsilin olması arzu olunandır
  • İstehsalat avadanqlıqlarının təmiri sahəsində iş təcrübəsi
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
  • Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından mühafizənin qayda və normalarına riayət etmək

Əmək şəraiti:

  • İş qrafiki: növbəli, 08:00 – 20:00; 20:00 – 08:00.
  • İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
  • Yemək və servis təminatı mövcuddur
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr tarixinədək emailin mövzu hissəsində “Çilingər” və ad , soyad  qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl