Çilingər (Bərdə-Qarabağ Regional Təmir Mərkəzi)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Çilingər (Bərdə-Qarabağ Regional Təmir Mərkəzi) vəzifəsi üzrə vakansiya elan edir.

Link:

Təsvir

  • Çilingər texnika\avadanlıq və aqreqatların təmiri, hissələrinin sökülməsi üzrə işləri yerinə yetirir;
  • Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi;
  • Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Mexaniklərin nəzarəti altında dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Kənd təsərrüfatı texnikalasının istismarı və təmir prosesində yoxlama zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Kənd təsərrüfatı texnikalarının, qoşqu, aqreqat və digər avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilmək;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.

Tələblər

  • Kollec; texnikum; peşə təhsili;
  • Ən azı 2 il təcrübə
  • Sahə üzrə texniki biliklər;
  • Ayrı-ayrı sadə hissələrin sökülməsi üzrə işlərin yerinə yetirilməsinin əsas yollarını bilmək;
  • İstifadə edilən çilingər və kontrol-ölçü alətlərinin təyinatı və tətbiqi qaydasını bilmək;
  • Metalların, yağların, yanacağın, texniki mayelərin tərkiblərin adlarını və markalanmasını bilmək;
  • Hissələrin quraşdırılması qaydasını bilmək;
  • Bərkitmə işlərinin yerinə yetirilməsi üsullarını və birinci və ikinci texniki xidmətin həcmlərini bilmək;
  • Qüsurluluq parametrlərini bilmək;
  • Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, xüsusi mürəkkəb, iri qabaritli, unikal və ən dəqiq avadanlığın təmiri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini bilmək.

Səriştələr:

  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük;

Əlavə məlumat:

  • İş qrafiki: Altı günlük iş həftəsi;
  • İş yeri: Bərdə MKT İK MMC;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Link: https://hr.mktcotton.com/az/job/chilinger-berde-qarabag-regional-temir-merkezi

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl