Qısa məzmun
AzərPambıq ASK Böyük mühasib (əmək haqqı üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Link : https://qlor.me/lhoe8a6xm
Təsvir
- İşçilərin aylıq əməkhaqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi;
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
- 1C 8.3 ERP proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
- Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- 1C 8.3 ERP proqramında işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Problemləri həll etmə bacarığı olmalıdır;
- PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.
Oxşar vakansiya siyahısı:
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...