Boru quraşdırıcısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-700 AZN. Bakı Gəmiqayırma Zavodu MMC Boru quraşdırıcısı vəzifəsi üzrə vakansiya elan edir. Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
  • İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanır
  • Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
  • Sığorta təminatları təmin edilir

Namizədə tələblər:

  • Boruların növləri, ümumilikdə material tərkibi haqqında məlumatlı olmalı
  • Boru quraşdırma kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan peşəkar və təhlükəsiz istifadəni bacarmalı
  • İşlə bağlı çertyoj və planı oxumağı bilməli, izah etməyi bacarmalı
  • Çertyoj əsasında boruları və bütün növ lazımi detalları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
  • Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
  • Sex şəraitində boru hissələrinin və dayaqlarının verilən cizgilər əsasında yığılması
  • Koordinatlar əsasında gəmidə ərazilərin tapılması, koordinat sistemindən anlayış
  • Verilən koordinatlar əsasında boru dayaqlarını və boru hissələrini gəmidə quraşdırmaq
  • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı
  • Boru konstruksiyası sahəsində minimum 3 illik iş təcrübəsinə sahib olmalı
  • Əlavə iş vaxtında və növbəli iş rejimində işləmək imkanına sahib olmalı
  • Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
  • Kollektivdə və komanda şəklində işləməyi bacarmalı

Maraqlanan namizədlər hr@bakushipyard.com e-mail ünvanına CV göndərə və ya (012) 446 49 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı