Baytar həkim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yalama Aqropark MMC Baytar həkim vəzifəsi üzrə vakansiya elan edir.

Xaçmaz Rayonu Yalama və İstisu qəsəbəsində 1479 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Baş baytar həkim” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları:

  • Bütün müalicə proqramlarını tərtib edir, profilaktiki və baytar – sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir;
  • Doğuşa prosesinin təşkil olunması və doğuş sonrası müalicə işinin aparılmasını təmin edir;
  • Buzovların müayinə və müalicə işinin təşkil olunması;
  • Heyvanlarda boğazlığın müayinəsini aparılması və boğaz heyvanlar üzrə müvafiq qeydlərin/hesabatların tərtib olunmasını təşkil edir;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.;
  • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir;
  • Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,
  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edir;
  • Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir;
  • Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir;
  • Baytarlıq heyətinin idarə olunmasını təmin edir:
  • Baytarlıq işlərinin uçot və hesabatını aparır və şöbə rəhbərinə hesabat verir;

Tələblər:

  • Təhsil: Baytarlıq sahəsində ali təhsil (magistr təhsili olanlara üstünlük verilir
  • Baytarlıq sahəsi üzrə ali təhsil
  • Baytarlıq üzrə ən azı 2-3 il iş təcrübəsi
  • Minimum yaş 25-dən aşağı olmamalı
  • Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
  • İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Baytar həkim” qeyd etməklə göndərə bilərlər.

 

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl