Baş mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FLY INN BAKU Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir.

  • Vakansiya: Baş mühəndis
    İş yeri – “FLY INN BAKU” (mehmanxana)
    Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu
    İş qrafiki- 5 günlük iş qrafiki
    Əmək haqqı- 1500 (Net)
  • Rəhbərliyə texniki yardım, ətraf mühitin qorunması və əmlakın istismar effektivliyinin bütün aspektləri üzrə məsləhətin verilməsi.
  • Cari təmir büdcəsinin, əsaslı işlər proqramının və mühəndislik planlarının müəyyən edilməsi və bunun müqabilində görülən işlərə müntəzəm nəzarət edilməsinin və yoxlanılmasının təmin edilməsi yolu ilə, mühəndislik şöbəsinin maliyyə fəaliyyətinin effektli idarə edilməsinin təmin edilməsi. Cari təmir üzrə ümumi xərcə nəzarət aspektlərinə, şöbə xərcləri büdcəsinin hazırlanmasına və onların yerinə yetirilməsinə və rəhbərliyə təqdim edilməsinə cavabdeh olmaq.
  • Enerjiyə qənaət və avadanlığın qənaətli qaydada səmərəli istismarına aid məsələlər haqqında müntəzəm təhsil və təlim proqramlarının aparılması yolu ilə, işçilərin təsərrüfat daxilində enerji sərfiyyatının idarə edilməsinə dair məlumatlı olmasının təmin edilməsi.
  • Texniki yardım xidmətlərinin tez həll edilməsinin təmin edilməsilə, qonaq məmnuniyyəti standartlarına zəmin yaradılması və mümkün olan yerdə, fərdi ehtiyacların qabaqcadan müəyyən edilməsi. Qonaqların təhlükəsizliyinin və rahatlığının və hər hansı xidmət tələblərinin nəzakətli və effektli tərzdə yerinə yetirilməsinin təmin edilməsi.
  • Strategiyaların və təhlükəsizlik texnikasının müntəzəm təhlil edilməsi yolu ilə, bütün qanunla müəyyən olunmuş qaydalara və yanğın məcəlləsinə riayət edilməsinin təmin edilməsi. Qanunla müəyyən edilmiş orqanlar tərəfindən tələb olunan hər hansı testlərin və yoxlamaların tələbə görə və tələb olunduqda aparılmasının və belə testlər və yoxlamalar ilə bağlı olan bütün qeydiyyatların və sənədlərin düzgün saxlanılmasının və/və yaxud nümayiş etdirilməsinin təmin edilməsi. Mehmanxananın uyğunluq haqqında bütün tələbləri yerinə yetirməsinin təmin edilməsi.
  • Həvəsləndirilmiş, yaxşı ixtisaslaşdırılmış cari təmir briqadasının seçilməsi, təlimləndirilməsi və inkişaf etdirilməsi yolu ilə, texniki cəhətdən səriştəli mühəndislik personalının təmin edilməsi. Şöbə daxilində müntəzəm ixtisas tədqiqatlarının aparılması və personalın fəaliyyətinin və məhsuldarlığının qiymətləndirilməsi.
  • Xarici podratların yerinə yetirdiyi bütün xidmətlərin iqtisadi və texniki effektivliyinin yaxından nəzarət yolu ilə təmin edilməsi. Bütün işlərin müqavilələrə, icarə müqavilələrinə, xidmət haqqında müqavilələrə və zəmanətlərə müvafiq olaraq yerinə yetirilməsinin
  • min edilməsi.
  • Həm işçilərin, həm də kənardan müqavilə ilə işə götürülmüş işçilərin yerinə yetirdiyi bütün işlərin keyfiyyətinin yaxşı mühəndilsilk praktikası standartlarına uyğun gəlməsinin təmin edilməsi.
  • Təmir və texniki xidmət şöbəsinin rəhbərliklə və işçilərlə keçirilən bütün toplantılarda təmsil edilməsi və digər şöbələrin rəisləri ilə müntəzəm əlaqənin saxlanılmasının təmin edilməsi ilə, rəhbərliyin qəbul etdiyi qərarların effektivliyinə tövhə verilməsi.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı