Baş Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Bank Olmayan Kredit Təşkilatı Baş Mühasib vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
  • Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
  • Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
  • Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
  • Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından silmək ;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
  • DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (Maliyyə üzrə arzuolunandır);
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini humanresourcehr2022@gmail.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Baş Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı