Baş energetik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Baş energetik vəzifəsi üzrə vakansiya elan edir.

STP Şirkətlər Qrupu İnzibati idarəetmə departamentinin Texniki dəstək bölməsinə Baş energetik vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP MMC məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Energetika və ya Avtomatika mühəndisliyi);
  • Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydaları;
  • Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları;
  • Enerji (elektrik,qaz,su) təminatı sahələrində qüvvədə olan qanunvericiliyinin tələblərini;
  • Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydaları;
  • Avtomatika sistemləri,kompressor və generatorların təhlükəsiz ististmarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.

Hansı işləri görəcəksiniz:

  • Müəssisənin yüksək gərginlikli yarımstansiyalarının və digər elektrik avadanlıqlarının illik təmir qrafiklərinin tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi;
  • Müəssisənin binalarının, qurğularının və dəzgahların torpaqlanma sisteminin yoxlanılması qrafiklərinin tərtib edilməsi və təsdiq edilməsi;
  • Avtomatika sistemləri,kompressorlar və generatorların illik texniki xidməti ilə bağlı təmir qrafiklərinin tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi;
  • Elektrik avadanlıqlarının Yüksək Gərginlik sınaqları, rele mühafizəsinin yoxlanılması qrafiklərinin tərtibi və təsdiq edilməsi;
  • Müəssisəni enerji daşıyıcılarla – elektrik enerji, təbii qaz, su (texniki və içməli) təmin edən qurumlarla operativ danışıqların və rəsmi yazışmaların icra edilməsi, müştərək işlərin təşkil edilməsi
  • Elektrik qurğularının, su, qaz təchizatları mənbələrinin təmiri və istismarı zamanı təhlükəsizlik qaydalarının norma və təlimatlarının yerinə yetirilməsini təmin etmək;
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
  • Müəssisə üzrə verilmiş əmr və sərəncamları, kompleks planla nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini təmin etmək;
  • İstismara yararsız avadanlıqların dəyişdirilməsinin planlaşdırılması və hazırlanmış planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Bölmənin istehsalat fəaliyyəti barədə mütəmadi olaraq müəssisə rəhbərliyinə hesabat vermək.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş energetik” yazaraq 22.11.2021 il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı