Baş Energetik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora Baş Energetik vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili bilənlərə üstünlük verilir.

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə – Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “Baş Energetik”

İşin qısa təsviri :

Fabriklərin enerji daşıyıcısının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək; Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək.

Sizin əsas vəzifə öhdəlikləriniz :

  • Fabriklərin enerji daşıyıcısının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
  • Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək;
  • Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;
  • Texnoloji avadanlıqların elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Avadanlıqların təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

  • Təhsil : Ali təhsil (Elektroenergetika mühəndisliyi);
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İstehsal sahələrində çalışanlara üstünlük verilir);
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;
  • Avadanlıqların istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydalarına bələd olmalı
  • Kompüter bilikləri – MC Office proqramları;
  • Dil bilikləri –Rus dili (İngilis dili bilənlərə üstünlük verilir).

Bizim iş şərtləri :

  • Həftədə 5 iş günü;
  • İş saatları: 08:00-17:00;Şirkət hesabına nahar;
  • İş yeri Hökməli qəs.(se
  • Servis şirkət tərəfindən təmin olunur)

Biz nə təklif edirik :

  • Karyera peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Energetik” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı