Aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Smarton Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.

SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:

Topdan və pərakəndə satış

  • Korporativ satış
  • SmartOn.az onlayn mağaza üzərindən satış
  • Rəsmi və avtorizə olunmuş servis mərkəzləri

 

Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.

Vəzifə öhdəlikləri:

  • Gündə 2 çeşiddə yeməklərin bişirilməsi
  • Porsiyaların düzgün şəkildə bölüşdürülməsi
  • Yeməkləri hazırlayarkən israfçılığa yol verilməməsi
  • Yeməklərin servis edilməsi

Namizədə qarşı tələblər

  • İşində səliqəli olmalı
  • İnsanlarla xoş ünsiyyət yaratmalı
  • İşini sevərək yerinə yetirilməli, təşəbbüskar olmalı
  • Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu bilməli və işini icra edərkən əməl etməli
  • Əməkdaşların xüsusi pəhriz istəklərini və pəhriz narahatlıqlarını nəzər alaraq individual yanaşmalı
  • Gülərüz və dürüst olmalı
  • Milli və xarici mətbəxin yeməklərini bişirməyi bacarmalı
  • Restoran, otel sahəsində təcrübəli namizədlərə üstünlük veriləcək
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Əmək haqqı 800 azn
  • İş qrafiki: 08:00-17:00, həftədə 5 gün

Əlaqə:

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl