Aqronom
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerbaijan Flowers Company Aqronom köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.

İşin təsviri:

  • Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini, pestisidlərin saxlanılmasını, daşınmasını və istifadəsini təşkil edir, bitkilərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir.
  • Təsərrüfatlarda aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edilməsi;
  • Texnoloji işləri həyata keçirir, verilmiş planlar əsasında sort-sınaq və istehsalat işlərinin təşkilində iştirakı;
  • Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənilməsi;
  • Bitki mühafizəsi üzrə əkin materiallarının və toxumun entomofltomatoloji vəziyyətinə nəzarəti təşkil edilməsi;
  • Bitki mühafizə tədbirlərinin həyata keçirilməsi üçün cari və illik planların təşkili;
  • Bitkilərin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, keyfiyyətsiz görülmüş işləri rəsmiləşdirərək, təqsirkarı müəyyənləşdirməklə yenidən görülməsini təmin etmək, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil etmək;
  • Təsərrüfatın ərazisindən düzgün istifadə etmək, torpaqları su və külək eroziyasından qorumaq, meliorasiya, habelə torpaqların məhsuldarlığını yüksəltmək yolu ilə mütərəqqi və intensiv əkinçilik sisteminə, düzgün əkin dövriyyəsinin təşkilinə və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı bitki sortlarının yetişdirilməsinə nail olmaq;
  • Əmək intizamını möhkəmləndirir, təsərrüfatın əmlakının oğurlanması və itkisinə qarşı mübarizə tədbirlərini görür. Keyfiyyətsiz görülən işlərin yenidən görülməsini təmin edir. Ona tabe olan işçilərin həvəsləndirilməsi, işdəki nöqsanların aradan qaldırılması;
  • Aqrotexniki tədbirlərin təcrübəvi əhəmiyyətini və səmərəliliyini artırmaq, yüksək məhsul almaq məqsədilə qabaqcıl təcrübənin nailiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün tədbirlər görülməsi;
  • Bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir. İstehsalatda qabaqcıl təcrübəni və elmi nailiyyətləri tətbiq etməklə, hər hektar torpaq sahəsindən daha səmərəli istifadə etmək, əmək məhsuldarlığını yüksəltmək və istehsal xərclərini azaltmaq tədbirlərini həyata keçirilməsi;

İşin təsviri:

  • İş yeri Qala (nəqliyyat xidməti mövcuddur)

Tələblər:

  • Ali təhsil.(Aqrar)
  • Rus və İngilis dili biliyi
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il
  • Microsoft Office proqramları;

Maraqlanan namizədlər mövzu yerində “Aqronom köməkçisi” yazmaqla öz CV-lərini hr@azerbaijan-flowers.com ünvanına göndərə bilərlər.-

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl