Aparıcı topoqraf
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PMD Projects LLC Aparıcı topoqraf vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
  • Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
  • Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
  • Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
  • Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
  • Zəruri hesabatların hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq  texniki rəy vermək.

Tələblər:

  •  Ali təhsil: Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil
  •  İş təcrübəsi: Müvafiq sahə üzrə mülki tikintidə minimum 3 il iş təcrübəsi.
  •  Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta
  •  Kompüter bacarıqları: MS Office, Autocad, Civil 3D

Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə email ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı