Aparıcı auditor (Keyfiyyətə Nəzarət)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SMTS MMC Aparıcı auditor (Keyfiyyətə Nəzarət) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001 – 2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
  • Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
  • Şirkət daxili departamentlərin prosedurlarının hazırlanmasında iştirak etmək, uyğunluğunu yoxlamaq;
  • Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
  • Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
  • Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
  • İnformasiya toplamaq və daxili audit üçün iş yerlərinə baxış keçirmək;
  • Daxili auditlərdə iştirak etmək və daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
  • Yoxlama nəticəsində aşkara çıxarılmış uyğunsuzluqların aradan qaldırılması üzrə görülmüş tədbirlərin nəticələrini nəzarətdə saxlamaq;
  • Təşkilatın əsasnamələrinin, daxili qaydalarının və prosedurlarının müntəzəm olaraq təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması;
  • Əmək məhsuldarlığının artırılması, iş yerlərində yüksək keyfiyyətə nail olunması;
  • Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
  • Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
  • Müştəri məmnuniyyətlərini öyrənmək;
  • Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
  • Keyfiyyətə Nəzarət departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
  • SWOT analizi, keyfiyyət səmərəlilik göstəricilərinin hazırlanması.

Namizədə olan tələblər:

  • Mühəndislik ixtisası üzrə ali təhsil
  • Keyfiyyətə nəzarət üzrə Aparıcı auditor olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı.
  • İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001 -2018 standartları üzrə daxili və xarici auditlərin aparılması üçün sertifikatlar
  • Azərbaycan dili əla səviyyədə, ingilis dili orta səviyyədə bilməli
  • MS Office və AutoCAD proqramlarını əla səviyyədə bilməli
  • Yüksək səviyyədə texniki biliklərinin olması
  • Məxfiliyi diqqət mərkəzində saxlamaqla bölmələr arasında əməkdaşlığın aparılması
  • İşgüzar ünsiyyət bacarığı
  • Komandada işləmək bacarığı

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 1700-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində mövzu yerinə “Aparıcı auditor (Keyfiyyətə Nəzarət)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş
namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı