Qısa məzmun
Tabaterra MMC Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş öhdəlikləri:
- Hazır məhsulların müəyyən olunmuş tələblərə və təsdiq olunmuş cədvələ uyğun keyfiyyətinə nəzarət etmək
- İstehsalat prosesini müşahidə etməklə nümunələr götürmək, hazır məhsulların fiziki parametrlərini ölçmək, vizual qiymətləndirmələr aparmaq
- Bütün ölçmə nəticələrini və vizual yoxlama nəticələrinin xüsusi laboratoriya formasına (QA) uyğun elektron qaydada keyfiyyətə nəzarət jurnallarında qeydiyyatını aparmaq
- İstehsal xəttindəki məhsul barədə hər hansı uyğunsuzluğu dərhal istehsalat sahəsində həmin xəttə məsul olan işçilərə məlumat vermək (mexanik, operator və s.)
- İstehsal xəttindəki məhsulda uyğunsuzluq aşkar edildikdə, geri sıralama qaydasında nümunələr götürərək uyğunsuzluğun başladığı məhsulu müəyyən etmək və prosesin bərpası üçün xətt üzrə məsul olan şəxslərə köməklik göstərmək
- Uyğunsuzluğun idarəedilməsi prosesini təşkil etmək və müvafiq sənədi(ləri) hazırlamaq
- Mövcud prosedura uyğun olaraq brend dəyişdirmə prosedurunda iştirak etmək
- İstehsalat prosesində yaranmış hər hansı problemə diqqət yetirmək və problemin aradan qaldırılması və prosesin gedişatının yaxşılaşdırılması üzrə təkliflər vermək
- Birbaşa rəhbərinə mütəmadi olaraq müvafiq hesabatlar vermək
Tələblər
- Kimya, Kimya mühəndisliyi sahəsində ali təhsil;
- Keyfiyyətə nəzarət və istehsal sahəsində ən azı 1 il iş təcrübəsi
- Laboratoriya avadanlıqları ilə işləmək bacarığı
- Yaxşı İngilis və ya Rus dili biliyi (yazı və danışıq)
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Ünsiyyət və komandada işləmək bacarığı
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...