Qısa məzmun
HomeFinance Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şöbənin funksiyalarının icrasını tənzimləyən BOKT daxili qayda və təlimatların hazırlanmasında iştirak etmək;
- Risklər üzrə qlobal limitlərin təyin edilməsi ilə bağlı təkliflərlə çıxış etmək;
- Dövri olaraq BOKT-un fəaliyyətinində kredit risklərin səviyyəsini müəyyən etmək məqsədilə müxtəlif metodlardan istifadə etməklə təhlil etmək;
- Kredit riskləri ilə bağlı sorğuları cavablandırmaq, bu yönümlü görüşlərdə iştirak etmək;
- Kredit riskləri üzrə BOKT-un əməkdaşları üçün treninqlər keçirmək;
- Likvidlik, faiz dərəcəsi, kapital və əmtəə risklərinin idarə edilməsini həyata keçirmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq;
- Kredit təlimatlarını mükəmməl bilmək;
- Gündəlik verilən kreditlərin online və offline olmasına nəzarət etmək;
- Məhkəmə sənədlərini Korporativ Hüquq və Problemli Kreditlər şöbəsinə təhvil-təslim etmək, sənədin skan versiyasını və kopyasını mütləq şəkildə risklərin idarə edilməsi şöbəsində saxlamaq;
- Risklərə aid sənədləri tərtib edib arxivləşdirmək;
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (Statistika və Riyazi maliyyə üstünlükdür);
- 1 il iş təcrübəsi, Bank və BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- 1C 8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- MS Office proqramları üzrə biliklər;
- Analitik təhlil etmə, düşünmə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür;
- Komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək.
İş barədə məlumat:
- Əmək haqqı: 400-500 AZN+bonus
- İş yeri : Bakı şəh, Nərimanov rayonu, Əhməd Rəcəbli 44
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki
CV-lərinizi “Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis/Mütəxəssis” başlığı altında aytaci@homefinance.az ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...