Qısa məzmun
PASHA Bank Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lfrc4u34
Təsvir
İşiniz nədən ibarətdir?
- Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s.) qanunvericiliyə uyğunluğunu tənzimləmək
- Biznes Proseslər toplusunun (BPU) idarə olunması və proseslərdə dəyişikliklərin koordinasiyası
- Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini
- Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərmək
- Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunun (BPU) birgə hazırlanması
- Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrində iştirak
- Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və sistemdə qeydiyatı
- Prosesin təhlil üçün tələb olunan məlumatların sistemə tam və düzgün qeydiyyatı
- Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması
- Proses uyğunsuzluqları halları və daxili tərəfdaşların sistematik səhvlər, proses mərhələləri və proses səmərəliliyi ilə bağlı şikayətlərinin araşdırılması
- Bankın proses portfelinin idarə olunması
- Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: Six Sigma Yellow Belt üzrə sertifikata üstünlük verilir
- Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
- Məhsul biliyi: tələb olunur
- Bazar biliyi: tələb olunur
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...