Qısa məzmun
ATB Bank Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ldo56eyo
Təsvir
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analiz, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
- IFRS 9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması , nəzarəti və modelin daimi yenilənməsi;
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi;
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
- Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika/Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunan);
- Azərbaycan dili səlis (ingilis dili və rus dili bilikləri arzuolunan);
- Sahə üzrə minimum 1 il təcrübə;
- Riyazi və statistik biliklər;
- Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
- Dəqiqlik, məsuliyyət və düzgünlük;
- Komandada işləmək bacarığı;
- IFRS bilikləri;
- ACCA (F3, F7, F9) sertifikatları (arzuolunan);
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunan).
Oxşar vakansiya siyahısı:
Maliyyə üzrə mütəxəssis
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Maliyyə meneceri
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
1000 — 1500 ₼
İstehsalat üzrə mühasibAbacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Kredit mütəxəssisi
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Borcların təhlili üzrə kiçik mütəxəssis
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...