Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Resant Group Cost Controller vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
- Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
- Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
- Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
- Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
- Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
- Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
- Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
- Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə bağlı tələblər:
- Təhsil-Ali;
- Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office, 1C proqramlarını əla səviyyədə bilməli;
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
İş Şərtləri:
- İş vaxtı: həftədə 6 gün;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
Maraqlanan namizədlər mövzu yerində “Cost Controller’’ yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...