Qısa məzmun
Mandarin.az Debitor borc üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Debitor borclarının izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- “Aging” hesabatlarının hazırlanması;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
- Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- Açıq PM və AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
- Ayda ən azı bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
Tələblər:
- Ali təhsilli olmalı;
- Maliyyə sahəsində 1-3 illik təcrübə;
- Güclü proses və planlaşdırma təcrübəsi;
- İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
- Microsoft Word, Excel, PowerPoint komputer proqramlarını bilməli;
- Elektron cədvəl və yazı bacarıqları olmalı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “Debitor borc üzrə mühasib” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...