Qısa məzmun
PASHA Capital Strategiya şöbəsinin eksperti vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- PAŞA Kapital şirkətinin növbəti strateji dövr üçün təsdiq edilmiş strategiya planının həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması;
- Şirkətin qarşısına qoyulan strateji hədəflərə çatılmasının monitorinqi işinin təşkil olunması, müvafiq hədəflər üzrə təhlillərin aparılması, bazar konyukturasının araşdırılması və hədəf dəyişkənliklərinin əsaslandırılması;
- Strateji hədəf göstəricilərinin iyerarxik qaydada struktur vahidləri üzrə bölgüsünün aparılması və əsas fəaliyyət göstəriciləri üzrə bölünməsi;
- Şirkətin müxtəlif struktur vahidləri üzrə performansın idarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərə çatılmanın ölçülməsi və fəaliyyət qiymətləndirilməsində iştirak edilməsi;
- Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədlərə əsas tələblər:
- Biznes işinin təşkili və ümumi idarəçilik istiqamətində ali təhsil; MBA dərəcəsinin olması üstünlük hesab olunur;
- Sahə üzrə (Strategiya) ən azı 5 illik iş təcrübəsi; təcrübə müddətinin 2 ili strategiya layihələrinin idarə olunması sahəsində olmaqla: maliyyə, bankçılıq və investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
- MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
- Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Maraqlanan şəxslər elektron məktub başlığında “Strategiya şöbəsinin eksperti” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
CV-lərin göndərilməsi üçün son tarix: 30.11.2021-ci il.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...