Qısa məzmun
Totaldistribution MMC Maliyyə analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Aylıq , rüblük, illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası
- Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və qiymətləndirmə üçün töhfələr vermək
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Cari gəlir və xərclər, əməliyyat planlarına uyğun Büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili,
- Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək
- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək
Namizədə verilən tələblər:
- Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları);
- Böyük data məlumat bazasının analizi
- Power BI, SQL sorğuları ilə işləyə bilənlərə üstünlük verilir;
- Təcrübə: Minimum 3 il;
- İT üzrə biliklər:
- MS Office Excel proqramında yüksək biliyə malik olmalı (Pivot, Excel funksiyaları);
- Açıq fikirli və problemi həll etmə bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Düzgünlük və dəqiqlik
Əmək haqqı namizədin bilik və bacarığına uyğun nəzərdə tutulmuşdur.
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə cv formasını Totaldistributionmmc@gmail.com email ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...