Maliyyə analitikası üzrə baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Landau School Maliyyə analitikası üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Aylıq , rüblük, illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
  • Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlili və qiymətləndirmə üçün töhfələrin verilməsi.
  • Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi.
  • Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili.
  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirakı
  • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək.

Tələblər:

  • Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi.
  • ACCA F3 və F9 sertifikatı.
  • Səlis Excel istifadəçisi.
  • Minimum 3 il peşəkar təcrübə.
  • Böyük 4-lük audit şirkətlərində təcrübə arzuolunandır.
  • Maliyyə hesabatların təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları.
  • Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq.
  • Rus və ingilis dillərinin mükəmməl biliyi üstünlükdür.

İş şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Maaş: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Maliyyə analitikası üzrə baş mütəxəssis” başlığı ilə hr@landauschool.com ünvanına göndərə bilər

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı