Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Landau School Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi Məcəlləsi üzrə mükəmməl biliklər olmalıdır.
Vəzifə öhdəlikləri:
- Təchizat ilə bağlı əməliyyatların, bank əməliyyatlarının, satış əməliyyatlarının 1C proqram təminatına qeyd edilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında müxtəlif növ hesabatların hazırlanması.
- Bank ödənişlərinin online banking vasitəsi ilə həyata keçirilməsi.
- Müxlətif növ mühasibatlıq sənədlərinin hazırlanması,yoxlanması və sənədlərin arxivləşdirilməsi.
Bacarıqlar:
- e-taxes.gov.az, gov.az elektron sistemlərindən və elektron sistemlərdə mövcud olan xidmətlərdən istifadə bacarığı.
- Müqavilə, protokol , üzləşmə aktı , təhvil təslim aktı və sair bu kimi sənədlərlə işləmək bacarığı.
- Online banking vasitəsilə ölkə daxili və ölkə xarici ödənişlərin, ƏDV depozit hesabı vasitəsilə ƏDV ödənişlərinin həyata keçirilmə bacarığı.
- Vergi və əmək məcəlləsi üzrə ilkin biliklərə sahib olmaq.
Tələblər:
- Ali təhsil
- 1C 8.3 Mühasibatlıq üzrə iş təcrübəsi.
- BTP (Bəyannamə tərtibatı proqramı) vasitəsilə ilkin formada bəyannamələrin hazırlanması üzrə biliklər.
- Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
- Azərbaycan və Rus dili biliyi.
İş şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Maaş: razılaşma əsasında
Maraqlı olanlar CV-ni “Mühasib” başlığı ilə hr@landauschool.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...