Qısa məzmun
AZərbaycan Beynəlxalq Bank Dövlət İpoteka Kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“ABB” ASC Dövlət İpoteka Kreditləri üzrə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Müraciət etmiş müştərilərə kredit məhsulları barədə məlumat vermək;
- Kredit portfelini formalaşdırmaq və idarə etmək;
- Müştərilərə bank məhsullarını təqdim etmək və çarpaz satışları aparmaq;
- Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
- Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Dövlət İpoteka Kreditləşməsi üzrə elektron ipoteka sistemi ilə işləmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olan (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
- Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı olan;
- Azərbaycan dilində səlist danışan/yazan (xarici dil bilikləri olanlara üstünlük verilir);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Dövlət İpoteka Kreditləri üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...