Qısa məzmun
Azərbaycan Mikro Kredit Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Kredit Mütəxəssisi
İşəgötürən: “Azərbaycan Mikro Kredit BOKT” MMC
Bölgə: Bakı şəhəri üzrə
İş Qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Şənbə)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, İqtisadiyyat, Menecment (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Banklarda, bank olmayan kredit təşkilatında və ya Lombardlarda qızıl girovu ilə kredit təcrübəsi olanlar;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri
İŞİN TƏSVİRİ:
- Müştəriyə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Lombard müştərilərinin cəlbində yaxından iştirak;
- Təşkilatın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
- Müraciətlərin təşkilatın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini info@azmk.az elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...