Baş Mühasib / Mühasibat departamentinin direktor müavini
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AccessBank Baş Mühasib / Mühasibat departamentinin direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

  • Bankın mühasibat bölməsinin işinin effektiv şəkildə təşkili və idarəedilməsi;
  • Bankın fəaliyyətinin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu standartlarına, Mərkəzi Bankın normativ sənədlərinə, aidiyəti qanunvericiliklə tənzimlənən qaydalara, habelə bankın daxili siyasətinə əsasən əks etdirilməsinin təşkili və nəzarəti;
  • Effektiv vergi uçotunun təşkili və nəzarəti;
  • Vergi orqanlarına, Mərkəzi Banka və digər dövlət və qeyri-dövlət qurumlarına təqdim edilən hesabatların, analitik və statistik məlumatların düzgün tərtib və vaxtında təqdim edilməsini təşkili və nəzarəti;
  • Dövlət büdcəsinə və digər dövlət orqanlarına məcburi ödəmələrin və ayırmaların hesablanması və köçürülməsi;
  • Mövcud mühasibat prosedurlarının dövrü olaraq təkmilləşdirilməsi.

Tələblər:

  • Ali iqtisadi tәhsil;
  • Bank sektorunda rəhbər mühasib vәzifәsindә azı 2 illik, ümumilikdə mühasib vəzifəsində ən azı 5 illik iş təcrübəsi;
  • Bank qanunvericiliyini bilməli;
  • AR MB-nin normativ sənədlərini bilməli;
  • AR Əmək, Vergi qanunvericiliyini bilməli;
  • Bank mühasibat proqramları ilə iş təcrübəsi və digər aidiyyəti İT bacarıqlar
  • Analitik düşüncəyə sahib olması;
  • İdarəetmə bacarığı;
  • Danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
  • İngilis və rus dilləri bilməsi üstünlük təşkil edir.

Müraciət üçün: https://qlor.me/ksopo9ye

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı